CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirin təyin etdiyi şəxs kollektivə təqdim olunub

Abunə olmaq
"Biz də çalışacağıq ki, bu teatrın fərqliliyini qoruyub saxlayaq və fəaliyyətini uğurla davam etdirək"

BAKI, 20 iyul — Sputnik. Azərbaycan Respublikası mədəniyyət nazirinin müvafiq əmri ilə Sumqayıt Dövlət Dram Teatrının sabiq direktoru İslam Həsənov YUĞ Dövlət Teatrına direktor təyin olunub. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov İslam Həsənovu kollektivə təqdim edib.

Nazirliyin rəsmisi çıxış edərək İslam Həsənovu bu təyinat münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb. İsmayıl Hüseynov YUĞ Teatrının Azərbaycan mədəniyyətində tutduğu yerdən danışıb və ölkədəki bütün teatr-tamaşa müəssisələri kimi, öz fərqli sənət yolu olan bu teatrın dövlətin himayəsində olduğunu bildirib.

© Photo : YUĞ DT-nın mətbuat xidmətiİslam Həsənov
İslam Həsənov - Sputnik Azərbaycan
İslam Həsənov

Daha sonra çıxış edən İslam Həsənov təyinata görə minnətdarlığını bildirib. O qeyd edib ki, "YUĞ Teatrı mənə doğma bir teatrdır. Çünki gözümüzün qabağında yaranıb və formalaşıb. Allah rəhmət eləsin, Vaqif müəllimə. O dövrlər bizim hamımız bu teatra maraq göstərirdik. YUĞ Teatrı öz estetikası, fərdi üslubu ilə seçilir. Biz də çalışacağıq ki, bu teatrın fərqliliyini qoruyub saxlayaq və fəaliyyətini uğurla davam etdirək".

Qeyd edək ki, İslam Həsənov 1965-ci ildə Lənkəran şəhərində anadan olub, 1982-1988-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda təhsil alıb. 1990-1992-cı illərdə "Meydan" teatr-studiyasında aktyor işləyib. 1991-1992-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində aparıcı və redaktor işləyib. 1992-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqında İnformasiya Mərkəzinin rəhbəri olub. 2007-2014-cü illərdə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 2014-2018-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl YUĞ teatrında direktor əvəzi vəzifəsini Kukla Teatrının direktoru Rəşad Əhmədov icra edirdi.

Xəbər lenti
0