BAKI, 20 iyul — Sputnik. Dünən Bakı şəhəri, Bayıl qəsəbəsində, saat 16.00 radələrində Nərmin Güloğlan qızı Mehrəliyeva yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Bu barədə Sputnik Azərbaycan-a Nərminin qardaşı Turan Mehrəliyev məlumat verib. O bildirib ki, bacısı Daun Sindromludur və danışa bilmir: "Nərminin 40 yaşı var, boyu 1.40 santimetrdir, dolu qızdır. Evdən çıxanda əynində qara rəngli, üzəri ağ xallı don olub".
© Photo : Ailənin arxivindənBakıda itkin düşmüş Nərmin Güloğlan qızı Mehrəliyeva
Bakıda itkin düşmüş Nərmin Güloğlan qızı Mehrəliyeva
© Photo : Ailənin arxivindən
Nərmini görənlərdən (050) 758 03 35, (050) 491 58 58 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.