Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yeni yoxlamalar başlayıb: Bazara nəzarət sistemləşdirilir

© Sputnik / Anar MustafayevЭтикетка с информацией на фоне продуктов питания, фото из архива
Этикетка с информацией на фоне продуктов питания, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Bayramov: "Yeni nəzarət mexanizmləri daha çox həmin sahibkarların fəaliyyətinin yoxlanmasına hesablanıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (QTA) iyulun 2-dən etibarən ölkədə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayıb və proses üç mərhələdə həyata keçiriləcək.

Sahibkarların qeydiyyat məsələsini Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

deyib ki, sahibkarlıq subyektlərində vergi yoxlamaları istisna olmaqla digər yoxlamalar 2015-ci ildən etibarən qadağan edilib: "2017-ci ildə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması 2021-ci il yanvarın 1-dək uzadılıb. İlk 2 il müddətin yekunlarının monitorinqi göstərib ki, sahibkarlıq subyektlərində yoxlamaların sayı kəskin azalıb. Amma, eyni zamanda bazarda, xüsusilə də ərzaq məhsullarının satışı ilə məşğul olan sahibkarlar tərəfindən insan sağlamlığı üçün zərərli olan məhsulların satışı həyata keçirilib".

Onun sözlərinə görə, yoxlamaların dayandırılması bəzi hallarda sahibkarların vaxtı keçmiş məhsulları satmasına, ərzaq məhsullarının vaxtı keçdikdən sonra üzərindəki kağızı dəyişərək yeni vaxtların yazılmasına səbəb olub: "Bu da keyfiyyətsiz, hətta, bir sıra hallarda insan sağlamlığı üçün ciddi ziyanlı məhsulların satışına gətirib çıxarıb. O baxımdan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması həm də bu tip halların qarşısının alınması məqsədi daşıyır. Eləcə də beynəlxalq qurumlar Agentliyin yaradılmasını təklif edirdilər ki, bu, istehlak bazarında nəzarətin sistemləşdirilməsinə gətirib çıxara bilər. Artıq müvafiq dövlət qurumlarının bu sahədəki nəzarəti də Agentliyə verilib".

Ekspertin qənaətincə, qeydiyyat prosesi birbaşa ərzaq təhlükəsizliyinə nəzarətin gücləndirilməsi məqsədi daşıyır: "Artıq vergi yoxlamaları ilə yanaşı, ərzaq məhsullarının və dərmanların keyfiyyətinin yoxlanılmasına icazə verilib. Amma əvvəlki 2 il müddətində yalnız vergi yoxlamaları həyata keçirilə bilərdi, digər yoxlamalar isə qadağan edilmişdi".

Bu baxımdan, V.Bayramov bildirib ki, Agentliyin məqsədi məhz ərzaq təhlükəsizliyinin qorunması istiqamətində monitorinqin həyata keçirilməsidir: "Sahibkarlıq subyektlərinin qeydiyyatının aparılması və dövlət reyestrinin formalaşması nəticə etibarı ilə gələcəkdə bu istiqamətdə nəzarətin həyata keçirilməsi səbəbindən aparılır. Digər tərəfdən isə, sahibkarlar mövcud qanunvericilik çərçivəsində hər hansı bir dövlət qurumunun onların fəaliyyətinə yersiz müdaxilə etməsinə imkan verməməlidirlər".

"Agentlik sahibkarlıq subyektlərində yoxlamalar aparmaq imkanına malik olacaq. Amma bu, heç də o demək deyil ki, Agentlik sahibkarların fəaliyyətinə yersiz müdaxilə etmək hüququna malikdir. Təbii ki, belə bir hüquq yoxdur. Agentlik, mövcud meyarlar çərçivəsində nəzarət mexanizmini həyata keçirmək imkanına malik olacaq. Əgər sahibkar ərzaq təhlükəsizliyinin meyarlarını gözləyirsə, onlar üçün hər hansı bir problemin olacağı gözlənilmir. Bəzi sahibkarlar istehlak bazarına vaxtı keçmiş və insan sağlamlığı üçün ziyanlı məhsulları çıxararaq daha çox gəlir əldə etməkdə maraqlı idilər. Yeni nəzarət mexanizmləri daha çox həmin sahibkarların fəaliyyətinin yoxlanmasına hesablanıb" — deyə iqtisadçı bildirib.

Qeyd edək ki, prosesin ilk mərhələsində (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub.

Xəbər lenti
0