CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ağır ailə faciəsi baş verib

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

BAKI, 20 iyul — Sputnik. Valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından daha bir uşaq ölümü qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 19-da saat 12 radələrində paytaxtın Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Prokurorluq ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edir.

Xəbər lenti
0