BAKI, 19 iyul — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda terrorçuların mövqelərinə aviazərbələr endirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, aviazərbələr Qəndil, Şırnak və Siirt bölgələrinə endirilib. Hava zərbələri nəticəsində 9 terrorçu zərərsizləşdirilib.
Həmçinin, Şırnakda pilotsuz uçan aparatla keçirilən əməliyyat nəticəsində terror aktı həyata keçirməyi planlaşdıran 5 terrorçu məhv edilib.