Telefonda canlı yayım az qala ölümə səbəb olacaqdı

CC0 / Skitterphoto / ScooterSkuter idarə edən qadın, arxiv şəkli
Skuter idarə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mart ayında isə analoji hadisə Çin dağlarında baş vermişdi

BAKI, 19 iyul — Sputnik. Çinli qadın skuterlə qəzaya düşdükdən sonra öz selfisini çəkib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, telefonla canlı yayımda olduğu ehtimal edilən qadın qəza etdikdən sonra yerə yıxılıb və anında telefonu götürərək selfisini çəkib. Hadisə Çinin Linxay şəhərində baş verib. 

Qadın yüngül xəsarətlər aldığı üçün xəstəxanaya aparılıb. Yol polisi əməkdaşlarının sözlərinə görə, qadın qəzaya görə məsuliyyət daşıyır.

Mart ayında isə analoji hadisə Çin dağlarında baş vermişdi.

Xəbər lenti
0