Əsrin kəşfi: İçində 130 milyard dollarlıq qızıl olan rus gəmisi tapıldı

© Photo : FortuneDmitri Donskoy yük gəmisinin qalıqları
Dmitri Donskoy yük gəmisinin qalıqları - Sputnik Azərbaycan
Abunə olmaq
Qızılların döyüş zamanı əsgərlərin maaşları, liman və digər xərclərin qarşılanması üçün gəmidə olduğu ehtimal edilir

BAKI, 19 iyul — Sputnik. Milyardlarla dollarlıq qızıl daşıyan döyüş gəmisi tapılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cənubi Koreya sahillərində hazırkı pulla təxminən 130 milyard dollar dəyərində qızıl daşıdığı ehtimal edilən Rusiya gəmisinin qalıqları tapılıb. Məlumata görə, rus donanmasına aid olduğu təxmin edilən "Dmitri Donşkoy" gəmisinin qalıqları Ulleungdo adasında aşkar edilib. Gəminin 113 il əvvəl Yaponiya və Rusiya arasında müharibə zamanı batırıldığı düşünülür.

Qızılların döyüş zamanı əsgərlərin maaşları, liman və digər xərclərin qarşılanması üçün gəmiyə yükləndiyi ehtimal edilir. Bundan əlavə, sıradan çıxmış digər gəmilərdəki qızılların da bu gəmiyə köçürüldüyü ehtimal edilir.

Cənubi Koreyada yerləşən və batan gəmilərdəki xəzinələrin axtarışı ilə məşğul olan “Shinil Group” şirkəti, illərdir tapmağa çalışdığı gəmidəki qızılların çıxarılması üçün Çin, Kanada və İngiltərədən olan şirkətlərlə ortaq əməliyyata hazırlaşır.

Xəbər lenti
0