Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağ ciyərlərimizə "xəncər sancanlar" peyda olub, problem təcili nəzarətə götürüləcək

© pixabay / dootdorinПень, фото из архива
Пень, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd sakinləri ağacların məhv edilməsindən narahatlıqlarını dilə gətirirlər

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. Planetinimizin quru ərazisinin, təxminən, yarıya qədəri meşələrlə örtülü olub. Yay fəslində insanlar, adətən, təmiz hava qəbul etmək, istirahət etmək üçün əsasən meşələrə üz tuturlar.

Son zamanlar tikinti materiallarına (taxta-şalban) tələbatın artması, bu sahədə istehsalın genişlənməsi isə meşələrin azalmasına, meşə ekosisteminin pozulmasına səbəb olur. Bu, iqtisadi tərəfdən müsbət haldırsa, digər tərəfdən yaşıllıqların azalmasına səbəb olacaq qədər mənfidir.

© Sputnik / Leyla AbdullayevaQuba rayonu ərazisindəki meşədə kəsilmiş ağaclar
Quba rayonu ərazisindəki meşədə kəsilmiş ağaclar  - Sputnik Azərbaycan
Quba rayonu ərazisindəki meşədə kəsilmiş ağaclar

Quba rayonunun Zərqava və Çiçi kəndlərinin meşələrdə ağacların kəsilməsi problemi ilə rastlaşan sakinləri Sputnik Azərbaycan-a müraciət ediblər. Kənd sakinlərinin sözlərinə görə, iyun ayının 23-də meşəyə gedən zaman çoxlu sayda ağacların qırıldığını görüblər. Bir neçə gün sonra — ayın 26-da isə daha dəhşətli mənzərə ilə qarşılaşıblar. Bu dəfə daha çox ağac məhv edilibmiş.

Kənd sakinləri ağacların məhv edilməsindən narahatlıqlarını dilə gətirirlər. Onlar tezliklə aidiyyatı qurumların bu məsələyə baxacaqlarına və "ağac qatilləri"nin tapılaraq cinayət məsuliyyətinə cəlb olunacaqlarına ümid edirlər.

© Sputnik / Leyla AbdullayevaQuba rayonu ərazisindəki meşədə kəsilmiş ağaclar
Quba rayonu ərazisindəki meşədə kəsilmiş ağaclar - Sputnik Azərbaycan
Quba rayonu ərazisindəki meşədə kəsilmiş ağaclar

Kənd sakinlərinin qarşılaşdıqları xoşagəlməz hadisə ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən belə bir hadisə ilə bağlı onlara hansısa şikayətin daxil olmadığı bildirildi: "Sözügedən məsələni nəzarətə götürüb araşdıracağıq. Fakt təsdiqini taparsa, günahkar şəxslər cəzalandırılacaq".

Xəbər lenti
0