BAKI, 19 iyul — Sputnik. London polisi bu gün keçirdiyi reydlər zamanı 67 nəfəri saxlayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, reydlər zorakılıq və narkotiklə mübarizə çərçivəsində həyata keçirilib.
Hazırda 46 nəfərə qarşı narkotik ticarəti və onunla bağlı cinayətlərlə əlaqədar ittiham irəli sürülüb. Saxlanılanlardan 18 nəfəri yeniyetmədir. Onlardan ən balacasının 15 yaşı var. 7 yeniyetməyə qarşı ittiham irəli sürülüb.
Polis əməliyyatı bir neçə ay ərzində planlaşdırıb. Əməliyyatlarda hüquq mühafizə orqanlarının 2,8 mindən çox üzvü iştirak edib. İstintaqın versiyasına görə, saxlanılan şəxslərin adı narkotik, zorakılıq və qanunsuz silah əldə etmə də daxil olmaqla, minimum 860 cinayətdə hallanır.