CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda xəstəxananın baş həkimi dəyişdirildi

Abunə olmaq
Baş həkim Cəsur Paşayev müvafiq əmrlə işdən çıxarılıb

BAKI, 19 iyul — Sputnik. İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad edilib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, xəstəxananın baş həkimi Paşayev Cəsur Əşrəf oğlu müvafiq əmrlə işdən çıxarılıb. Digər müvafiq əmrlə bu vəzifəyə Qasımov Eynulla təyin olunub.

C.Paşayev bu vəzifəyə 2012-ci ildə təyinat alıb.

Qeyd edək ki, E.Qasımov İmişli rayonunda anadan olub. Bu vəzifəyə qədər rayon xəstəxanasında cərrah kimi çalışıb. Tibb elmləri namizədidir.

Xəbər lenti
0