İlham Əliyev mühüm fərmana imza atdı

Abunə olmaq
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə dair qanunvericiliyə dəyişiklik edilib

BAKI, 19 iyul — Sputnik. Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun tətbiqi və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev iqtisadi cinayətkarlığa son qoyacaq qərar verdi

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 17.3-1-ci maddəsinə uyğun olaraq:

1.3.1. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin nəzarət orqanlarının və müəyyən edilmiş digər orqanların (qurumların) informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini (alınan məlumatların dairəsini), Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etsin;

1.3.2. nəzarət orqanlarının və müəyyən edilmiş digər orqanların (qurumların) informasiya resurslarından Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin onlayn istifadə etmək imkanlarının yaradılmasını təmin etsin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 79; 2010, № 2, maddə 80, № 3, maddə 192, № 8, maddə 725; 2014, № 7, maddə 813, № 9, maddə 1027, № 10, maddə 1195; 2015, № 2, maddə 123; 2016, № 3, maddə 443, № 9, maddə 1480; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 may tarixli 45 nömrəli Fərmanı) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bənddə "17.1-ci və 17.7-ci" sözləri "6.1.1-ci, 17.1-ci maddələrində, 17.3-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 17.7-ci, 17-1.1.1-ci və 17-1.1.2-ci" sözləri ilə əvəz edilsin;

2.2. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"4.3. həmin Qanunun 1.0.5-ci və 17.1-ci maddələrində "qurum" dedikdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti nəzərdə tutulur;";

2.3. aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:

"4.3-1. həmin Qanunun 6.1.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;";

2.4. 4.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.11-ci və 4.12-ci bəndlər əlavə edilsin:

"4.11. həmin Qanunun 17.3-1-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;

4.12. həmin Qanunun 17.3-1-ci maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.".

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsində nəzərdə tutulmuş məqsədlər üçün onun informasiya resurslarından Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin onlayn istifadə etmək imkanının yaradılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Qeyd edək ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361; 2015, № 11, maddə 1294; 2016, № 3, maddə 413; 2017, № 5, maddələr 696, 711, № 7, maddə 1295; 2017, № 11, maddə 1959) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"6.1.1. kredit təşkilatları, lizinq xidmətləri göstərən hüquqi şəxslər, investisiya şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr, lotereya və idman mərc oyunları təşkilatçıları, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər üçün – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);".

2. Aşağıdakı məzmunda 6.1.1-1-ci maddə əlavə edilsin:

"6.1.1-1. lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər üçün – maliyyə monitorinqi orqanı;".

3. Aşağıdakı məzmunda 17.3-1-ci maddə əlavə edilsin:

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Maliyyə Monitorinqi Xidməti ilə bağlı vacib qərar verildi

"17.3-1. Maliyyə monitorinqi orqanı bu Qanunun 17.3-cü maddəsində nəzərdə tutulmuş məqsədlər üçün nəzarət orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya resurslarından onlayn istifadə etməklə məlumat almaq hüququna malikdir. Maliyyə monitorinqi orqanının həmin informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini (alınan məlumatların dairəsini) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.".

4. Aşağıdakı məzmunda 17-1-ci maddə əlavə edilsin:

"Maddə 17-1. Maliyyə monitorinqi orqanının işçilərinə dair tələblər

17-1.1. Maliyyə monitorinqi orqanının işçilərinə (o cümlədən rəhbərinə) dair tələblər aşağıdakılardır:

17-1.1.1. elmi, yaradıcılıq fəaliyyəti və maliyyə monitorinqi orqanının rəhbərinin, maliyyə monitorinqi orqanının rəhbərinin isə müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə pedaqoji fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmamaq;

17-1.1.2. maliyyə monitorinqi orqanının rəhbərinə, maliyyə monitorinqi orqanının rəhbərinin isə müvafiq icra hakimiyyəti orqanına bildirmədən xarici ölkənin və ya beynəlxalq təşkilatın vəsaiti hesabına xarici ölkəyə səfər etməmək;

17-1.1.3. vəzifələrinin icrası ilə əlaqədar dövlət sirri və qanunla mühafizə edilən digər sirr də daxil olmaqla, onlara məlum olmuş və xidməti fəaliyyətinə dair məlumatı həmişə, o cümlədən maliyyə monitorinqi orqanı ilə əmək münasibətlərinə xitam verildikdən sonra da saxlamaq və qanunla müəyyən olunmuş hallar istisna olmaqla bu məlumatı açıqlamamaq, habelə üçüncü şəxslərin xeyrinə istifadə etməmək;

17-1.1.4. vəzifələrini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmaq, bu zaman irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməmək.

17-1.2. Maliyyə monitorinqi orqanının işçiləri (o cümlədən rəhbəri) xidməti vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımırlar, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız olduğu sübut edilməsin.".

Xəbər lenti
0