Dövlət Miqrasiya Xidməti jurnalistlərə hesabat verib

© Photo : DMX-nin mətbuat xidmətiDövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov
Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin 6 ayı ərzində 827 352 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olub

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. Bu gün Dövlət Miqrasiya Xidmətinin (DMX) ötən ilin 6 aylıq fəaliyyətinin yekunları barədə hesabat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, DMX-nin rəisi Vüsal Hüseynov qurumun 6 ay müddətində gördüyü işlər barədə məlumat verib.

Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Azərbaycanda miqrasiya ilə bağlı nə baş verir?

O, çıxışı zamanı bildirib ki, bu ilin 6 ayı ərzində 827 352 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olub. Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 747 107 olub. 

Vüsal Hüseynovun dediyinə görə, bu rəqəmlər ölkəyə gələn əcnəbilərin sayında 10 faiz artımın olduğunu göstərir: "Hesabat dövründə 347.767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. 2017-ci ilin müvafiq dövründə bu rəqəm 315 736 olub. Bu da keçən illə müqayisədə 10 faizdən də çox artım deməkdir".

"Bu ilin birinci yarısında xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiya ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 640 şəxs haqqında 322 sorğu daxil olub. 206 Azərbaycan vətəndaşının readmissiyası həyata keçirilib” – DMX rəisi vurğulayıb.

Qurum rəsmisi onu da qeyd edib ki, Azərbaycanda qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 23 faiz artım müşahidə olunub: “Hal-hazırda bu şəxslərin sayı 75 nəfərdir. 2017-ci ilin müvafiq dövründə qaçqınların sayı 61 nəfər olub".

Sahib Məmmədov, hüquq müdafiəçisi - Sputnik Azərbaycan
Məmmədov: “Miqrasiya Məcəlləsinə edilən dəyişikliklər zəruridir”

Vüsal Hüseynov əlavə edib ki, bu rəqəmlər ölkəyə gələn əcnəbilərin sayında 10 faiz artımın olduğunu göstərir: "Hesabat dövründə 347.767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. 2017-ci ilin müvafiq dövründə bu rəqəm 315 736 olub. Bu da ötən illə müqayisədə 10 faizdən daha çox artım deməkdir".

"Bəzi şirkətlər insanları hansısa yollarla ölkədən çıxarırlar. Həmin şəxslərə xarici ölkələrdə işlə təmin edəcəklərinə söz verirlər və ya onlara status vəd edirlər. Lakin bunların hamısı boş vədlərdən başqa heç nə olmur. Müəyyən müddətdən sonra bu mifin acı reallığını görən Azərbaycan vətəndaşları ölkəyə qayıtmaq fikrinə düşürlər" — deyə V.Hüseynov vurğulayıb.

Xəbər lenti
0