BAKI, 19 iyul — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, səfərin iyulun 24-də həyata keçirilməsi gözlənilir.
Səfər çərçivəsində M.Çavuşoğlunun ölkə rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.