BAKI, 18 iyul — Sputnik. İran xüsusi xidmət orqanları ölkənin cənub-qərbində İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlılarını saxlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İranın informasiya naziri Mahmud Ələvi bildirib.
Onun sözlərinə görə, qrup üzvlərindən biri İŞİD-ə qoşulmaq üçün İranda dəstə yaratmaq istəyib. Maraqlıdır ki, həmin şəxsin qardaşı da Suriyada döyüşlərdə öldürülüb.
Dörd nəfərdən ibarət qrup ölkənin müxtəlif ərazilərində terror aktı planlaşdırırmış. Onlar ötən gün güc strukturları tərəfindən zərərsizləşdirilib.