Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Əliyevdən İtaliyaya xüsusi jest: "Sizin üçün Azərbaycanda bütün qapılar açıqdır"

Abunə olmaq
Azərbaycan prezidenti: "Ümid edirəm ki, yaxın gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş imzalanacaq"

BAKI, 18 iyul — Sputnik. İyulun 18-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İtaliya Respublikasının prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. İlham Əliyev qonaqları salamladıqdan sonra bildirib ki, bu səfər İtaliya prezidentinin Azərbaycana ilk səfəridir.

Президент Италии Серджо Маттарелла - Sputnik Azərbaycan
İtaliya prezidenti Azərbaycana gəlib

"Bu səfər tarixi bir səfərdir. İlk dəfədir ki, İtaliya prezidenti Azərbaycana səfər edir. Mənim dəvətimi qəbul etdiyiniz üçün Sizə minnətdaram. Əminəm ki, səfər çox uğurlu keçəcək və İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Bizim əlaqələrimiz çoxşaxəlidir, bir çox sahələri əhatə edir. Bu gün apardığımız danışıqlarda, keçirdiyimiz görüşlərdə bir çox məsələlər müzakirə edildi. Regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz – bir çox məsələlər müzakirə edildi və deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür" — Azərbaycan prezidenti bildirib.

Dövlət başçısı İtaliyanın hazırda ATƏT sədri olduğunu xatırladıb: "Biz ümid edirik və əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaqr. Mən cənab Prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilib. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilib".

"ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərib. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır" — İlham Əliyev vurğulayıb.

Ölkə başçısı əlavə edib ki, bir həftə bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdaşlığın prioritetləri" sənədində də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına bir daha Avropa İttifaqı tərəfindən dəstək göstərilib: "Bir gün ondan sonra NATO Zirvə görüşünün nəticəsində qəbul edilmiş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi dəstəklənib. Yəni, heç kəs üçün sirr deyil ki, Ermənistan bizim tarixi torpaqlarımızı qanunsuz yollarla zəbt edib və bu torpaqlardan çıxmalıdır. Ancaq bundan sonra bölgədə sülh, əməkdaşlıq ola bilər və ancaq bundan sonra Cənubi Qafqazda geniş miqyasda əməkdaşlıq aparıla bilər".

"Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri müzakirə etdik. İtaliyanın bu məsələlərlə bağlı çox müsbət rolu və mövqeyi var. Ümid edirəm ki, yaxın gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş imzalanacaq. Saziş üzərində iş aparılır və biz Avropa İttifaqına üzv ölkələrlə strateji tərəfdaşlıq bəyannamələri imzaladıq, qəbul etdik. Doqquz ölkə ilə, o cümlədən İtaliya ilə belə bəyannamələr qəbul edildi. 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilib. Bu, çox ciddi siyasi sənəddir, əslində bizim bir-birimizə olan münasibəti və gələcək əməkdaşlıq formatını göstərir və müəyyən edir" — prezident diqqətə çatdırıb.

"O ki qaldı ikitərəfli əlaqələrə, qeyd etdiyim kimi, biz strateji tərəfdaşıq, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və İtaliya prezidentinin Azərbaycana rəsmi səfəri bunun bariz nümunəsidir. İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək. Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda "Cənubi Qaz Dəhlizi" layihəsini uğurla icra edir. Bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib. Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olub. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olub. Yəni, bu istiqamətdə işlər uğurla gedir və bu, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır" — deyə Azərbaycan prezidenti vurğulayıb.

Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanla İtaliya arasında 4 mühüm anlaşma əldə olundu

İ.Əliyev qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir: "Bu gün açılacaq polimer zavodunun inşasında İtaliya şirkəti fəal iştirak edib. Azərbaycanda bir çox İtaliya şirkətləri fəaliyyət göstərir. Biz bu gün bu məsələ ilə bağlı da danışdıq və mən prezident Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır, biz onların səviyyəsini bilirik, onlar çox yüksək texnologiyaya malik olan şirkətlərdir. Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənaye sahəsində bir çox layihələr icra ediblər və çox yüksək səviyyədə icra ediblər. Əlbəttə ki, keçirilən görüşlər və sabah iştirak edəcəyimiz İtaliya-Azərbaycan biznes forumu qarşımızda yeni imkanlar açacaq. Çünki Azərbaycanın sürətli iqtisadi-sənaye inkişafı tələb edir ki, yeni texnologiyalar gətirilsin. Əlbəttə ki, ilk növbədə, biz bu texnologiyaları dost ölkələrdən gətirmək, əldə etmək istərdik".

"Biz cənab Prezident Sercio Mattarella ilə bu gün mədəniyyət, təhsil sahələrindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq və danışıqların sonunda belə bir qərara gəldik ki, bu gün gündəlikdə olan məsələlərlə bağlı bizim heç bir fikir ayrılığımız yoxdur. Bütün məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. Əminəm ki, bu səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcək və bundan sonra uzun illər ərzində biz çox səmərəli əməkdaşlıq edəcəyik" — deyə dövlət başçısı fikrini yekunlaşdırıb.

Xəbər lenti
0