CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hovuz suyu udularsa…

Abunə olmaq
Şübhə etdiyiniz hovuzlara uşaqları buraxmayın

BAKI, 18 iyul — Sputnik. Steril olmayan hovuzlar uşaqlar üçün təhlükə mənbəyidir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hovuza girənlərin gigiyenik qaydalara riayət etməməsi, xlorlu da olsa, suyun müxtəlif xəstəliklərə səbəb olmasına əsas verir. Bu vəziyyət xüsusi ilə uşaqların sağlamlığı üçün təhlükəlidir.

Hovuz suyu ishal, sidik yolu infeksiyaları, burun, boğaz, göz infeksiyalar, dəri xəstəliklərinə səbəb ola bilər. Hovuza girən uşaqları mikrob və infeksiyalardan qorumaq üçün hovuzdan sonra mütləq sabun və isti su ilə yuyunmaq lazımdır. Uşaqlara hovuz suyunu udmamaları tapşırılmalıdır. Bu, dizenteriya v s. xəstəliklərə səbəb ola bilər.

Uşağın bədənində yara və ya kəsik varsa, suya girməyə icazə vermək olmaz. Şübhə etdiyiniz hovuzlara uşaqları buraxmayın. Hovuza daxil olduqdan sonra ishal, hərarətin artması, qusma müşahidə edilirsə, bol su içməli və həkimə müraciət etmək lazımdır.

Xəbər lenti
0