BAKI, 18 iyul — Sputnik. Bakı-Qusar marşrutu ilə hərəkət edən 10–UZ–751 nömrəli "Hunday" markalı sərnişin avtobusu 90-LO-148 nömrəli "Nissan" markalı minik maşını ilə toqquşub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, 10–UZ–751 dövlət qeydiyyat nişanlı, Hüseyn Abbasov adlı fiziki şəxsə məxsus "Hyundai County" Bakı-Qusar marsrutu ilə hərəkət edən zaman "Nissan Xtrail" lə toqquşub: "Marşrut xətti ilə hərəkət edən avtobus saat 8:00-da 28 nəfər sərnişinlə Avtovağzaldan cixib. "ANDT" MMC-dən daxil olan məlumata görə, sərnişin avtobusu texniki müayinədən keçdikdən sonra yola çıxıb".
"İlkin ehtimallara əsasən, Quba yolunun 142-ci kilometrliyində "Nissan" markalı minik maşınının sürücüsü yolun qaşınması və yüksək sürət səbəbi ilə idarəetməni itirərək qəza törədib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişin daşımalarının tənzimlənməsi sektorunun müdiri Arif Məmmədov və "ANDT" MMC-nin rəisi Elnur Mahmudov hadisə yerində olublar" — deyə N.Allahyarova bildirib.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü dünyasını dəyişib. Yaralılar barədə isə hələlik rəsmi məlumat yoxdur.