Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mövsümün son tamaşası “Aydın“ oldu

© Sputnik / Musa MuradlıAğdam Dövlət Dram Teatrında Cəfər Cabbarlının “Aydın” tamaşası oynanılıb
Ağdam Dövlət Dram Teatrında Cəfər Cabbarlının “Aydın” tamaşası oynanılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam Dövlət Dram Teatrında hərbçilər üçün ayda bir gün pulsuz tamaşa veriləcək

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. İyulun 17-də Ağdam Dövlət Dram Teatrı mövsümün son tamaşasını oynayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, teatr Cəfər Cabbarlının “Aydın” tamaşası ilə pərdələrini endirib.

Son tamaşa zamanı zalı ağzınacan dolub. Maraqlıdır ki, zalda oturanların böyük hissəsi gənclər olub.

“Aydın” tamaşasında Aydın və Gültəkin rollarını Səbuhi Əsədov ilə Afərdə Sabirqızı oynayıb.

© Sputnik / Musa MuradlıTamaşanın afışası
Tamaşanın afışası - Sputnik Azərbaycan
Tamaşanın afışası

Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov tamaşadan sonra çıxış edərək bildirib ki, bu il yaradıcılıq baxımından Ağdam Dövlət Dram Teatrı üçün uğurlu olub: “Teatrın aktrisası Fəqumə Yusifova Prezidentin sərəncamı ilə əməkdar artist adına layiq görülüb. Əməkdar artist, prezident təqaüdçüsü Novruz Cəfərov teatra baş rejissor təyin ediləndən sonra uğurlarımız bir az da artıb. Bugünkü tamaşanın özü uğurlarımızın bariz nümunəsi sayıla bilər”.

Direktor qeyd edib ki, Ağdam Dövlət Dram Teatrında hərbçilər üçün ayda bir gün pulsuz tamaşa veriləcək.

Ağdam Dövlət Dram Teatrı müharibənin odundan, alovundan keçməklə çətin və əzablı yollar qət edib. Bütün çətinliklərə baxmayaraq, teatrın keçmiş ənənələri qorunub, saxlanılıb. Son tamaşada da yüksək performans, musiqi tərtibatı, aktyor və rejissor peşəkarlığı nümayiş etdirilib.

Xəbər lenti
0