Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yasamalda baş verən tükürpədici olayın yeni gizlinləri üzə çıxır - VİDEO

CC0 / jp26jp / cəsədYerdə çəkilmiş cəsəd izi
Yerdə çəkilmiş cəsəd izi - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Təhqiqatçılar hələ ki, hadisənin intihar olması barədə qərar verməyə tələsmirlər

BAKI, 17 iyul — Sputnik. Bu gün səhər saatlarında Bakı şəhəri Yasamal rayonunda 18 yaşlı qızın ölümü ilə nəticələnən dəhşətli hadisənin qətl olması ehtimalı istisna edilmir. Bu barədə Sputnik Azərbaycan-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib. 

Xatırladaq ki, bu gün Yen Yasamal qəsəbəsində intihar hadisəsinin video görüntüləri sosial şəbəkədə yayılıb. Belə ki, "Şərur MTK"-ya aid binanın 17-ci mərtəbəsindən gənc qız özünü ataraq intihar edib.

Bina sakinlərinin sözlərinə görə, qızın özünü atdığı mənzildən gecə saatlarında ağlaşma və mübahisə səsləri gəlib. Daha sonra sakinlər vahiməli səs eşidiblər və aşağı baxdıqları zaman qızın meyitini görüblər.

Artıq qızın şəxsiyyəti müəyyən edilib. O, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızıdır. Məlumata görə, qız qeyd edilən ünvanda yaşamayıb. İstintaqın versiyasına görə, qız mənzildə tək olmayıb.

Hazırda onun ölümündən qabaq yanında olan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Təhqiqatçılar hələ ki, hadisənin inthar olması barədə qərar verməyə tələsmirlər. Çünki Vəliyevanın oradan atılması, yəni hadisənin qətl olması istisna edilmir.

Faktla bağlı istintaq davam edir.

Xəbər lenti
0