"Azərbaycan tolerantlığın geniş yayıldığı ölkələrdən biridir"

© Sputnik / Murad Orujov“Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” adlı layihiyənin yekun konfransı
“Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” adlı layihiyənin yekun konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycanda tolerantlıq günü-gündən inkişaf edir, buna bir çox dinə sitayiş edən insanların bir yerdə yaşaması bariz nümunədir"

BAKI, 17 iyul — Sputnik. Bu gün "Tolerantlıq" İctimai Birliyinin “Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” adlı layihəsinə yekun vurulub. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.

Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbiri "Tolerantlıq" İctimai Birliyinin sədri və layihənin rəhbəri Azər Rəşidoğlu giriş sözü ilə açıq elan edib. O, həyata keçirdikləri layihənin mövzusunun Azərbaycan üçün həssas olduğunu qeyd edib.

© Sputnik / Murad Orujov“Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” adlı layihiyənin yekun konfransı
“Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” adlı layihiyənin yekun konfransı - Sputnik Azərbaycan
“Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” adlı layihiyənin yekun konfransı

“Azərbaycanda tolerantlıq günü-gündən inkişaf edir. Buna bir çox dinə sitayiş edən insanların bir yerdə yaşaması bariz nümunədir. Düşünürəm ki, bizim keçirdiyimiz bu layihə də tolerantlığın daha da inkişafına öz töhfəsini verəcək” – deyə A.Rəşidoğlu bildirib.

Daha sonra ilahiyyatçı Ağa Hacıbəyli çıxış edib. O deyib ki, hər kəs Rəbbinə inanıb, sitayiş edir: “Qurani Kərimdə deyilir ki, biz sizi fərqli millətlərə, xalqlara böldük ki, siz bir-birinizin dəyərləri ilə tanış olasınız, bir-biriniz ilə savaşasınız deyə deyil. Biz də bütün xalqlara və millətlərə hörmət etməliyik”.

© Sputnik / Murad OrujovAzər Rəşidoğlu
Azər Rəşidoğlu - Sputnik Azərbaycan
Azər Rəşidoğlu

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə çıxış edərək bildirib ki, Azərbaycan tolerantlığın geniş yayıldığı ölkələrdən biridir: “Həm xalq olaraq biz buna önəm veririk, həm də dövlət başçımız da bu məsələyə önəm verir. Mən uşaq vaxtlarından tolerantlığın şahidi olmuşam və SSRİ dövründə belə dövlət dini qadağa qoysa da, insanlar öz arasında bir-birinin dini etiqadlarına hörmət qoyurdular. Bu gün də eyni adət-ənənəni qoruyub saxlayırlar. Bu da sevindirici haldır”.

© Sputnik / Murad OrujovAğa Hacıbəyli
Ağa Hacıbəyli - Sputnik Azərbaycan
Ağa Hacıbəyli

Sonra söz ilahiyyatçı Rəsul Mirhəşimliyə verilib. O deyib ki, Azərbaycan xalqı düşüncə olaraq tolerant xalqdır: “Belə bir deyim var: “Vətəni sevmək imandandır”. Biz SSRİ dövrü zamanı belə, dini qadağalara baxmayaraq, dinə inanıb, onun qaydalarına əməl etmişik. Eyni zamanda həmişə digər dinə sitayiş edən insanlara qarşı da hörmətlə yanaşmışıq. Bu da tolerant olmağımızın bariz nümunəsidir”.

“Bu gün Azərbaycanda yüzlərlə başqa dinə xas olan insanlar yaşayır. Amma  bir dəfə də olsun dini mövzusunda problem yanaşmayıb. Bu da sevindirici haldır” – ilahiyyatçı bildirib.

© Sputnik / Murad OrujovAzər Həsrət
Azər Həsrət - Sputnik Azərbaycan
Azər Həsrət

Çıxış edənlərdən Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov da layihənin əhəmiyyətindən danışıb: “Bu, Azərbaycan üçün əhəmiyyətli bir layihədir. Layihəni həyata keçirdiyiniz üçün sizə təşəkkür edirəm. Düşünürəm ki, bu layihə gənclərin də maariflənməsində böyük rol oynayacaq”.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

Xəbər lenti
0