Sabaha gözlənilən hava proqnozu açıqlandı

© Sputnik / Murad OrujovВесна в Баку , фото из архива
Весна в Баку , фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında 18-də, əsasən, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir

BAKI, 17 iyul — Sputnik. İyulun 18-də hava şəraitinin dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Abşeronda çimərlik - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabahın proqnozu açıqlandı: Hava, temperatur, dəniz suyu

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında 18-də, əsasən, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: iyulun 18-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbər lenti
0