Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İbrahim Tatlısəsə cəza kəsildi

© AFP 2024 / SAFIN HAMEDİbrahim Tatlısəs
İbrahim Tatlısəs - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni 10 min lirə məbləğində mənəvi təzminat ödəməyə məhkum edilib

BAKI, 17 iyul — Sputnik. Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsə məhkəmə qərarı ilə pul cəzası kəsilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hakim Həbibə Aslan və qızı vəkil Əsli Aslana böhtan atmaq ittihamı ilə 4 ilə qədər həbsi tələb edilən İbrahim Tatlısəs 10 min lirə (3550 manat) məbləğində mənəvi təzminat ödəməyə məhkum edilib.

Qərara görə, Tatlısəs ana və qızına ayrı-ayrılqıda 5 min lirə ödəməli olacaq.

Qeyd edək ki, hakim Həbibə Aslan və qızı hüquqşünas Əsli Aslan məhkəməyə müraciət edərək, müğənninin "Twitter"də onların barəsində böhtan xarakterli qeydlər paylaşdığını bildirib və Tatlısəsin 4 ilə qədər həbsini, üstəlik 100 min lirə mənəvi təzminat ödəməsini tələb ediblər. Məhkəmə həbs tələbini rədd etməklə yanaşı, təzminatın məbləğini də 10 min lirə səviyyəsində müəyyənləşdirib.

Xəbər lenti
0