Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 17 iyul — Sputnik. Cənub regionunda növbəti suda boğulma hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Astara rayonun Şəlvə kənd sakini, 19 yaşlı Tərlan Şükürov rayon ərazisində dənizdə boğulub. Hadisə şəhərin bulvar ərazisində baş verib. İlkin məlumata görə, Tərlan Şükürov selfi etmək üçün dənizə yaxınlaşıb, müvazinətini itirərək suya düşüb.
Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə müayinə olunması üçün təhvil verilib.
Hazırda boğulma hadisəsi araşdırılır.