BAKI, 17 iyul — Sputnik. Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, Sabunçu qəsəbə sakini Xəyala Qoca qızı Ahmadi 12-ci polis şöbəsinə müraciət edərək evinin pəncərəsinin dəmir barmaqlıqlarının qırıldığını, oradan 3400 manat, 5000 dollar, 90 000 pakistan rupisi və 10 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis faktla bağlı araşdırma aparır.