Ondan çox rayonun əhalisinə müjdə

© Photo : ASAN Xidmətin mətbuat xidmətiSəyyar ASAN xidmət avtobusu
Səyyar ASAN xidmət avtobusu - Sputnik Azərbaycan
Abunə olmaq
11 – 30 iyul Yardımlıda, 21 – 30 iyul Lökbatanda vətəndaşlara səyyar formada xidmət göstərəcək

BAKI, 16 iyul — Sputnik. Səyyar ASAN xidmət 27 iyun-26 iyul Kürdəmir və Lənkəranda, 2-31 iyul Şəki və Qusarda, 4-18 iyul Pirallahıda, 6-30 iyul Şamaxıda, 7-31 iyul Gədəbəy və Yevlaxda, 9-28 iyul Novxanıda, 11-30 iyul Yardımlıda, 21-30 iyul Lökbatanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN Xidmət. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səyyar "ASAN xidmət" iyulda bu rayonlarda olacaq

Bu xidmətlərə aşağıdakılar daxildir:

— Notariat fəaliyyəti;

— Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

— Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

— Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

— Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

— Əmək pensiyalarının təyin edilməsi;

— Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

— Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

— Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Xəbər lenti
0