BAKI, 16 iyul — Sputnik. Son həftələr destruktiv qüvvələr Azərbaycanda ictimai sakitliyi və sabitliyi pozmağa cəhd etdilər. Kriminal elementlərin əli ilə Gəncədə bir sıra terror aktları həyata keçirildi. Bu terror aktlarının məqsədi Azərbaycan ictimai-siyasi sabitliyi pozmaq idi.
Hüquq mühafizə orqanları bir neçə saat ərzində vəziyyəti nəzarət altına ala bildi. Ekspertlərin fikrincə, bu həm də ölkədə uzun illərdir davam edən tolerantlıq siyasəti və ekstremizm və dözümsüzlüklə mübarizə istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində mümkün oldu.
Mövcud vəziyyətdə aparılan bu siyasətin praktiki effekti barədə 17 iyul saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mərkəzində "Tolerantlıq" İctimai birliyinin sədri Azər Rəşidoğlu, Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına dəstək Şurasının üzləri danışacaqlar.