Sevgilisini öldürdü, daxili orqanlarını tualetə atdı

© Photo : VK / Вера НурбаеваVera Nurbayeva
Vera Nurbayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey cinayəti törətdiyini etiraf edib və cinayət məsuliyyətinə cəlb olunub

BAKI, 16 iyul — Sputnik. 28 yaşlı rusiyalı bank işçisi Sergey Kovalçuk sevgilisi Vera Nurbayevanı boğaraq öldürüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə sosial şəbəkələr vasitəsi ilə tanış olan gənclər sevgili olmağa qərar veriblər. Maraqlıdır ki, Vera Nurbayeva bundan əvvəl beynəlxalq cinayətkar qrup tərəfindən fahişəliyə məcbur edilmək üçün qaçırılıbmış.

Hadisə Yeni İl gecəsi baş verib. Sergey qızın onun telefonun oğurladığını iddia edib və onlar dalaşıblar. Gənc oğlan Veranı yerə yıxaraq, onu boğaraq öldürüb. Sonra isə öldürdüyü sevgilisinin daxili orqanlarını mətbəx bıçağı ilə çıxararaq, tualetə atıb.

Sergey 23 yaşlı qadının başını və ayaqlarını isə bədənindən ayıraraq, zibil torbasına qoyub və Moskva ərtafındakı zibilliklərdən birinə atıb.

Qadının bədəni və daxili orqanları tapılmasa da Sergey cinayəti törətdiyini etiraf edib və cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə könüllü olaraq polisə təslim olan, cinayətini etiraf edərək pe4şinman olduğunu deyən Sergey barəsində 9,5 il həbs qərarı çıxarıb.

Xəbər lenti
0