CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə gətirildi

© Sputnik / Irade JELILSəbayıl rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov
Səbayıl rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov - Sputnik Azərbaycan
Abunə olmaq
Səbail Rayon İcra Hakimiyyətinə isə kimin təyin ediləcəyi barədə hələ ki, heç bir məlumat yoxdur

BAKI, 16 iyul — Sputnik. Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətindən məlumat daxil olub.

Məlumata görə, o, Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E.Əzizov həm də şəhər meri səlahiyyətini icra edəcək.

Səbail Rayon İcra Hakimiyyətinə isə, kimin təyin ediləcəyi barədə hələ ki, heç bir məlumat yoxdur.

Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb.

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunduğu üçün bir neçə aydır şəhər rəhbəri vəzifəsi boş qalıb.

Xəbər lenti
0