Daha bir küçədə hərəkət məhdudlaşdırılıb

© Photo : APABağlanmış yol, arxiv şəkli
Bağlanmış yol, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur

BAKI, 16 iyul — Sputnik. Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində iyulun 16-dan 17-nə keçən gecədən səhər saatlarınadək (00:00-05:00) yüksək gərginlikli eletrik xətlərinin dirəklərinin sökülməsi işləri aparılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq küçə boyu hərəkət tam məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xəbər lenti
0