CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çökən yolla bağlı yeni xəbər verildi: Müəmma davam edir

© Photo : AAY DA mətbuat xidmətiNəsimi rayonu ərazisində çökmüş yol
Nəsimi rayonu ərazisində çökmüş yol - Sputnik Azərbaycan
Abunə olmaq
Səlahiyyətli qurumlar tərəfindən geoloji-kəşfiyyat işləri aparılır

BAKI, 16 iyul — Sputnik. Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində müvəqqəti çəkilmiş yolun çökmə səbəbinin aşkar edilməsi ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən geoloji-kəşfiyyat işləri aparılır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri  Bəxtiyar Məmmədov bildirib.

"Bununla bağlı yayılmış ilkin məlumata əsasən, yol səthindən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Həmin ərazidə metro stansiyasının tikintisi üçün sahə 2012-ci ildə ayrılıb. Ərazidən keçən əsas yol metro stansiyasının inşaatı üçün bağlandığından, qeyd edilən müvəqqəti yol alternativ kimi 2013-cü ildə salınıb. Hazırda məsələ ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən aparılan araşdırma işlərində "Bakı Metropoliteni"nin nümayəndələri də iştirak edir. Bununla bağlı əlavə məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq" — deyə o, qeyd edib.

Xəbər lenti
0