Çin ticarət müharibəsində ABŞ-a yeni zərbə vurdu

© © AFPÇində yük konteynerləri, arxiv şəkli
Çində yük konteynerləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mart ayında polad və alüminium üzərində tətbiq edilən rüsumlar isə artıq qüvvəyə minib

BAKI, 16 iyul — Sputnik. Pekin, ABŞ-ın Çinin 200 milyard dollar dəyərində olan malına gömrük rüsumunu tətbiq etməsi ilə bağlı qərarından Ümumdünya Ticarət Təşkilatına şikayət edib.

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, daha əvvəl Çinin Kommersiya Nazirliyi ABŞ rəhbərliyinin gömrük rüsumları tətbiq etmək qərarını tənqid edərək bunu irrasional akt adlandırıb. Qeyd olunurdu ki, Vaşinqton bu qərarla rəsmi Pekinin hüquqlarını pozur, dünya iqtisadiyyatına və ABŞ-ın özünə zərər vurur.

Xatırladaq ki, iyulun 6-dan ABŞ Çindən alınan bir sıra məhsullara 25 faizlik rüsum tətbiq edib. Siyahıda 800-dən çox növdə məhsul yer alıb.

Mart ayında polad və alüminium üzərində tətbiq edilən rüsumlar isə artıq qüvvəyə minib.

Xəbər lenti
0