Bakıda tükürpədici olay: Bağban ev sahiblərini qanına qəltan etdi

© Photo : REPORTBakıda işdən çıxarılan bağban ev sahiblərinə hücum edib
Bakıda işdən çıxarılan bağban ev sahiblərinə hücum edib - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb, həyat yoldaşını isə qətlə yetirən onların bağlarında işləyən bağbandır

BAKI, 16 iyul — Sputnik. Bakıda yol polisi qətl hadisəsinin üstünü açıb. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımının əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən "Range Rover" markalı avtomobilin sürücüsünün özünü şübhəli aparması onların diqqətini çəkib.

Yol Polisi əməkdaşları maşına "saxla" əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməyi ilə "Range Rover"i saxlamaq mümkün olub.

Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar: maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.

Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətinin ağır kimi qiymətləndiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb, həyat yoldaşını isə qətlə yetirən onların bağlarında işləyən bağbandır.

Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə, o, məlum hadisəni törədib daha sonra onları öz avtomobilləri ilə apararaq meyitlərini gizlətmək istəyib.

Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti
0