İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, üzv ölkələr ÜTT-nin qaydalarına əməl etməyə borcludurlar: “Ticarət qaydalarını pozanlar üçün cərimələr nəzərdə tutulub. Düşünürəm ki, ABŞ və Çin arasındakı bu ticarət problemləri prezident seçkilərindən sonra aradan qalxa bilər. Bu iki ölkə arasındakı ticarət müharibəsi dünyada ticarət dövriyyəsinin zəifləməsnə səbəb ola bilər. ABŞ daxili istehsalı qorumaq üçün bu cür addımlar atır. Bu proses dalağavari şəkildə davam etsə, ümumdünya ticarətinə ziyan vura bilər. Mən düşünmürəm ki, bu proseslər kəskinləşəcək”.
ABŞ ilə Çin arasında ticarət müharibəsinin başlanğıcı olaraq Tramp hökumətinin mart ayında polad və alüminiuma 25 faiz əlavə gömrük rüsumları tətbiq etməsi ilə başlayıb.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz