BAKI, 15 iyul — Sputnik. Fransa millisinin futbolçusu Antuan Qrizmann Fransa və Xorvatiya milliləri arasında keçirilən final matçının ən yaxşı oyunçusu hesab edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında qeyd olunub.
İngiltərə millisinin hücumçusu Harri Keyn isə 6 qolla Rusiyada keçirilən dünya çempionatının bombardiri olub və "Qızıl buts" alacaq. Keyn Panamanın qapısından 3, Kolumbiyanın qapısından 2, Tunusun qapısından isə 1 qol keçirib. O, 6 qoldan 3-nü penaltidən vurub.