BAKI, 15 iyul — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən suda boğulmaqda olan şəxslər xilas edilib.
Sputnik Azərbaycan nazirliyin saytına istinadən xəbər verir ki, Zağulba-3 və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunaraq aidiyyatı üzrə təhvil verilib.