BAKI, 15 iyul — Sputnik. İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, eləcə də, axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.
© © Əməliyyat çəkilişiSamir İbrahimov (sağdan ikinci)
Samir İbrahimov (sağdan ikinci)
© © Əməliyyat çəkilişi
Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından bildiriblər ki,10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs olunub.
Bildirilir ki, bir nəfər bu gün gecə saatlarında Qazax rayonu ərazisindən Azərbaycan-Gürcüstan sərhədini keçmək istəyən zaman saxlanılıb.
Bununla yanaşı, iyulun 3-də Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib, 8 nəfər barəsində isə axtarış elan olunub.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.