Fərhad Səmədov Putinin yanında səlahiyyətli nümayəndə oldu

Abunə olmaq
Bu haqda Başqırdıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb

BAKI, 15 iyul — Sputnik. Başqırdıstan respublikasının başçısı Rüstəm Hamitov yerli hökumət rəhbərinin müavini Fərhad Səmədovu Kremldə səlahiyyətli nümayəndə təyin edib.

Sputnik Azərbaycan bashinform.ru-ya istinadla xəbər verir ki, Rüstəm Hamitovun sərəncamına əsasən azərbaycanlı Fərhad Səmədov Başqırdıstan respublikasının Rusiya Federasiyası prezidenti yanında səlahiyyətli nümayəndəsi təyin edilir. Bu haqda Başqırdıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Fərhad Səmədov Gürcüstanda anadan olub, 59 yaşı var. V.V.Kuybışev adına Moskva mühəndis-inşaat institutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycanda başlayıb, tikinti trestlərində mühəndis işləyib. 2000-ci illərin əvvəllərində Başqırdıstana köçüb. "Kaustik" QSC, "Soda" ASC, "Başneft" və "Birləşmiş neft-kimya şirkəti" ASC şirkətlərində top-menecer işləyib. 2017-ci ilin yanvarında Başqırdıstan hökumətində vitse-premyer təyin olunub.

Xəbər lenti
0