Hamımızın istifadə etdiyi şirkətlə bağlı şok xəbər yayıldı

© AFP 2024 / FREDERIC J. BROWNJohnson's baby məhsulu, arxiv şəkli
Johnson's baby məhsulu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq pudrası ilə bağlı 9 min şikayətçi məhkəməyə müraciət edib

BAKI, 14 iyul — Sputnik. Dünyaca məşhur olan “Johnson & Johnson” şirkəti inanılmaz məbləğdə cərimə edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 qadın şirkətin məhsullarından biri olan uşaq pudrasının yumurtalıq xərçənginin yaranmasına səbəb olduğunu iddia edib. Bu iş məhkəmədə 4.7 milyard dollar təzminat qərarı ilə başa çatıb.

Missuri ştatında baş tutan məhkəmədə öncə şirkətin şikayətçilərə 550 milyon dollar verməli olduğu qərarı qəbul edilib. Daha sonra məhkəmə bu məbləğə 4.1 milyard dollar cəza təzminatı əlavə edib. Uşaq pudrası ilə bağlı 9 min şikayətçiylə çəkişən şirkət qərardan şikayət edəcəyini açıqlayıb.

Şikayətçilərin vəkilləri bildiriblər ki, 1970-ci illərdən bu yana pudrada asbest olduğu bilinsə də, istehsalçı bununla bağlı heç bir tədbir görməyib.

“Johnson & Johnson” asbest ittihamını təkzib edərək, indiyə qədər keçirilən bir çox testin uşaq pudrasının təhlükəsiz olduğunu göstərdiyini iddia edib.

Xəbər lenti
0