Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “NATO üzvləri ilə ABŞ arasında narazılıq yaranıb”

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Tramp NATO-nun SSRİ zamanındakı qədər güclü olmağını istəyir

Mübariz Əhmədoğlu: “NATO-nun Gürcüstanı üzvlüyə qəbul etməyəcəyi bəlli idi”
“NATO-nun bu dəfəki sammitində NATO üzləri ilə ABŞ arasındakı narazılıq rəsmi şəkildə üzə çıxdı”. Bunu Sputnik Azərbaycan-a NATO-nun Brüssel sammitinin nəticələrini şərh edərkən politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, bu məsələ NATO-nun nüfuzuna xələl gətirir: “Hazırda Trampı başa düşmək çox çətindir. O bir tərəfdən Putin ilə münasibətlərin normallaşdırılmasını istəyir. Digər tərəfdən isə NATO-ya üzv ölkələri məcbur edir ki, ÜDM-in 2 faizini itttifaqın büdcəsinə keçirsinlər. Bu o deməkdir ki, Tramp NATO-nun SSRİ zamanındakı qədər güclü olmağını istəyir. Bu artıq ziddiyyətdir. NATO üzvləri Rusiya faktorunu ciddi nəzərə alırlar. Hətta bəzi ekspertlərə görə, Rusiya təkbaşına NATO-dan güclüdür. Düşünürəm ki, bu sammitdə hər şey gözlənilən istiqamətdə getdi. NATO-nun Gürcüstanı üzvlüyə qəbul etməyəcəyi bəlli idi”.

11-12 iyul tarixlərində Brüsseldə NATO-nun sammiti keçirilib. 

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0