“BAKI, 14 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı məktubu göndərib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:
“Hörmətli cənab Prezident,
Mastunq şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu amansız terror aktından son dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”