CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir anlaşılmazlıq yarandı: Çıxış yolu tapılacaqmı?

© Photo : FB / xaliq.faiqoglu2002Xaliq Faiqoğlu şirkətinə məxsus avtobus, arxiv şəkli
Xaliq Faiqoğlu şirkətinə məxsus avtobus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Universitetindən 20 yanvara 20 qəpik ödəyərək gələn sərnişinlər bu gündən etibarın 25 qəpik ödəməli olduqlarını qeyd ediblər

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, bu gündən etibarən 199 saylı marşrut xəttində gediş haqqının ödənilməsi üçün kart sisteminə keçirilib. Bu gün səhər saatlarından avtobuslar sərnişinlərdən "Bakı kart" ilə ödənişləri qəbul etməyə başlayıb.

Amma sərnişinlərin bəziləri bundan xəbərsiz olduğu, bəziləri isə kartlarında ödəniş olmadığı üçün avtobuslardan istifadə edə bilməyiblər. Qeyd edək ki, 199 saylı avtobusun dayanacaqlarının çoxunda "Bakı Kart" terminalları qurulmayıb. Yaranmış problem  Xırdalandan Bakıya gələn bir çox sərnişin bu səbəbdən mənzil başına gecikməsi ilə nəticələnib.

Bakubus MMC-yə məxsus avtobusun sürücüsü sükan arxasında, arxiv şəkl - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda avtobus yolunda “ölüm oyunu” davam edir - VİDEO

Kartları olanların isə kefinə başqa bir səbəbdən soğan doğranıb. Belə ki, həmişə Mühəndislik Universitetindən “20 Yanvar”a qədər 20 qəpik ödəyərək gələn sərnişinlər bu gündən etibarın 25 qəpik ödəməli olduqlarını qeyd ediblər. Bu barədə Sputnik Azərbaycana bir neçə sərnişin tərəfindən şikayət daxil olub. Şikayətçi Rəsul Mirhəşimli deyir ki, dünən mətbuatda gedən xəbərlərdə 199 saylı marşrut xəttinin yalnız kart sisteminə keçəcəyi bildirilib, qiymətlərin artacağı haqqında isə məlumat verilməyib: "199 saylı avtobusda gediş haqqının 20 qəpikdən 25 qəpiyə qaldırılması heç də yaxşı hal deyil. Kartı turniketə yaxınlaşdıranda mexaniki olaraq 25 qəpik tutulur. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olub. Avtobusa daxil olan hər bir sərnişin qiymətlərin artırılmasına etirazını bildirsə də, onlara tutarlı cavab verən yox idi. Çünki daşıyıcının sahibi “Xaliq Faiqoğlu” şirkəti iddia edir ki, Tarif Şurası 2014-cü ildə qiymətlərə dəyişiklik edib. 199 marşrut xəttində də gediş haqqı 25 qəpik olub. Şirkət amma bir şeyi gizlədir. Belə ki, 15-25 km-lik məsafə üzrə gediş haqqı 25 qəpik olmalıdır. Amma biz Bakı Mühəndislik Universitetindən “20 Yanvar”a kimi gəlirik və bu məsafə 12 kilometrdirsə niyə 20 qəpik əvəzinə 25 qəpik ödəyək? Əziyyət çəkib ya avtobusun qiymətini aşağı salsınlar, ya da nizamlasınlar. Kim daha uzaq məsafəyə gedirsə, onlar 25 qəpik ödəsin, az məsafə qət edənlər isə 20 qəpik versin".

Sputnik Azərbaycan məsələni aydınlaşdırmaq üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, yaranmış məsələ ilə bağlı bütün detallar yaxın günlərdə araşdırılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Tarif Surasının 5 sentyabr 2014-cü il tarixində verdiyi 8 saylı qərarla 199 saylı marşrut xəttində gediş haqqı tarifi 25 qəpik olaraq müəyyən edilib.

Xəbər lenti
0