BAKI, 13 iyul — Sputnik. İranın energetika naziri Rza Ərdakanian ölkədə enerji problemləri səbəbindən Pakistan, Əfqanıstan və İraq kimi qonşu ölkələrə enerji ixracını dayandırdıqlarını açıqlayıb.
Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, iranlı nazir elektrik ixracının davam edəcəyi təqdirdə böyük fasilələrin baş verəcəyini deyib: "Ona görə də su və elektrik ixracını dayandırdıq. Ölkədə su mürəkkəb bir problemə çevrilib. Bir sıra qruplar su və elektrik problemindən əhalini ayağa qaldırmaq üçün istifadə etmək istəyir. Mövcud vəziyyət ilə bağlı əhalini səbirli olmağa çağırıram".
Qeyd edək ki, İran yığılan borc üzündən İraqa elektrik ixracını kəsmişdi. İraq məsələ ilə bağlı İran ilə danışıqları davam etdirir.
İranda yağışın və su ehtiyatlarının azalması ilə ortaya çıxan quraqlıq, ölkədə su böhranına yol açır. Kranlardan duzlu su axması səbəbindən əhali maşınlardan su almaq məcburiyyətində qalır.