BAKI, 13 iyul — Sputnik. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komitəsi qurumun prezidenti Kirsan İlyumjinovu vəzifəsindən kənarlaşdırıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə FIDE-nin Etika Komissiyasının bütün üzvlərinin birgə qərarı qəbul edilib.
© Sputnik / Vladimir FedorenkoBeynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov
© Sputnik / Vladimir Fedorenko
Buna səbəb İlyumjinovun Etika Kodeksini pozmasıdır. Onun adı bəzi qalmaqallarda hallanır. FIDE prezidenti seçkisi bu il oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində keçiriləcək.
Qeyd edək ki, Kalmıkiyanın ilk prezidenti olmuş İlyumjinov bu vəzifədə 1995-ci ilin noyabrından çalışırdı. Hazırda ali şahmat qurumunun rəhbəri postuna rusiyalı Arkadi Dvorkoviç əsas namizəddir.