Əsəd bizim üçün problem deyil dedi və bombaladı...

© AFP 2023 / JACK GUEZ İsrail baş naziri Binyamin Netanyahu
İsrail baş naziri Binyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
Netanyahu Əsəd rejimi ilə hər hansı bir problemin olmadığını və 40 il ərzində Suriya tərəfindən Colan təpələrinə bir mərmi belə atılmadığını xüsusilə vurğulayıb

BAKI, 13 iyul — Sputnik. İsrailin baş naziri Binyamin Netanyahu Suriya prezidenti Bəşər Əsədlə bağlı problemlərinin olmadığını bildirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Netanyahu qeyd edib ki, İsrail Suriyanın daxil işlərinə qarışmaq istəmir: "Keçmişdə bu istiqamətdə hər hansı bir problem olmayıb. Biz sadəcə İran, Hizbullah və İŞİD-in Suriyadakı varlığından narahatıq".

Netanyahu Əsəd rejimi ilə hər hansı bir problemin olmadığını və 40 il ərzində Suriya tərəfindən Colan təpələrinə bir mərmi belə atılmadığını xüsusilə vurğulayıb: "İsrail, Əsəd rejiminin Suriyadakı varlığına qarşı deyil. Ancaq İsrail, Suriya ordusu da daxil olmaqla kimin olmasından asılı olamayaraq öz sərhədlərini qoruyacaq".

Qeyd edək ki, İsrailin Hərbi Hava Qüvvələri ötən gün Suriya ordusunun Kuneytra əyalətindəki bir neçə obyektinə raket zərbələri endirib.

Xəbər lenti
0