BAKI, 13 iyul — Sputnik. Tanınmış müğənni Elmira (Emma) Ələkbərzadə Bakı bulvarında xoşagəlməz hadisə ilə rastlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
O bildirib ki, dənizkənarı parkın yeni salınmış Bayıl ərazisində gəzərkən böyük qara ilanla qarşılaşıb. Müğənni həmin anları video-lentə alaraq sosial şəbəkələrdə paylaşıb və insanlara xəbərdarlıq edib.
"Bəli, bura Bakıdır! Təzə Bayıl bulvarımız və burada qara rəngli böyük ilanlar var – özü də gürzə. Xahiş edirəm, özünüzü və övladlarınızı qoruyun. Şəxsən mənim üçün bulvar söhbəti bağlandı" — deyə müğənni yazıb.