Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın müstəqilliyinin əsas iqtisadi dayaqlarından biri

© AP Photo / TefkenBakı-Tbilisi-Ceyhan neft kəməri
Bakı-Tbilisi-Ceyhan neft kəməri - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılış mərasiminin keçirilməsindən 10 il ötür.

BAKI, 13 iyul — Sputnik. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılış mərasiminin keçirilməsindən 10 il ötür. 

13 iyul 2006-cı il tarixində Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı olub.

Təntənəli mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstanın o vaxtkı prezidentiləri İlham Əliyev, Əhməd Necdət Sezər və Mixeil Saakaşvili, layihədə təmsil olunan neft şirkətlərinin rəhbərləri, ümumilikdə 30-dək ölkənin nümayəndə heyəti iştirak edib.

© AP Photo / Burhan OzbiliciSoldan sağa: Prezidentlər Əhməd Nejdət Sezər (Türkiyə), İlham Əliyev (Azərbaycan), Mixeil Saakaşvili (Gürcüstan), Türkiyənin baş naziri R.T.Ərdoğan və BP-nin sədri Lord Braun Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışı mərasimində. 13 iyul 2006-cı il
Soldan sağa: Prezidentlər Əhməd Nejdət Sezər (Türkiyə), İlham Əliyev (Azərbaycan), Mixeil Saakaşvili (Gürcüstan), Türkiyənin baş naziri R.T.Ərdoğan və BP-nin sədri Lord Braun Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışı mərasimində. 13 iyul 2006-cı il - Sputnik Azərbaycan
Soldan sağa: Prezidentlər Əhməd Nejdət Sezər (Türkiyə), İlham Əliyev (Azərbaycan), Mixeil Saakaşvili (Gürcüstan), Türkiyənin baş naziri R.T.Ərdoğan və BP-nin sədri Lord Braun Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışı mərasimində. 13 iyul 2006-cı il

BTC neft kəmərinin işə salınması Azərbaycanın müstəqil neft strategiyasının zəfəri idi. 1999-cu ilin 18 noyabrında BTC-yə dair "İstanbul bəyannaməsi"nin imzalanması ilə başlanan çətin yol uğurla başa çatmışdı.

Kəmərin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəqletmə gücü 1 mln. barreldir. Neft kəməri 2008-ci ildən ixrac gücü ilə işləyir.

Xəbər lenti
0