BAKI, 13 iyul — Sputnik. ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor vilayətində iki kəndə aviazərbələr endirib. Bu barədə Sputnik Azərbaycan Suriyanın SANA agentliyinə istinadən xəbər verir.
İlkin məlumatlara görə aviazərbələr nəticəsində 30-dan çox mülki şəxs ölüb, onlarla insan yaralanıb.
Məlumata əsasən, İraqla sərhəddə yerləşən Əl-Bukemal şəhərinin Baquz əl-Faukani və əs Susua kəndləri aviazərbələrə məruz qalıb.
Hələlik koalisiya qüvvələri məlumatı şərh etmir.