Yaponiyada son 35 ildə misli görünməmiş fəlakət yaşanır

© Photo : Kyodo via REUTERSYaponiyada sel
Yaponiyada sel - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə təbii fəlakətin qurbanlarının sayı 200-ü keçib

BAKI, 12 iyul — Sputnik. Yaponiyanın cənub-qərbində baş verən sel daşqınları və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 200-ə çatıb. Spuntik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, ölkədə 1982-ci ildən bəri baş verən ən böyük təbii fəlakətdir.

Yanopiyada leysan yağışları - Sputnik Azərbaycan
Yaponiyada leysan yağışlar: 50 ölü, 47 itkin

Məlumata əsasən, təbii fəlakət nəticəsində ölən şəxslərin yarıdan çoxu Xirosima və Okayama prefekturasındandır. Leysan yağışlarının fəsadlarının aradan qaldırılması və əhalinin təbii fəlakət zonasından xilas edilməsi üçün özünümüdafiə, polis və yanğından müdafiə xidmətinin 70 mindən çox üzvü cəlb olunub.

Qeyd edək ki, ötən həftənin sonlarından Yaponiyanın mərkəzi və cənub-qərb hissəsinə yağışlar yağmağa başlayıb. Ölkənin 7 prefekturası təbii fəlakət zonası elan edilib.

Xatırladaq ki, ötən gün Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yaponiyada baş vermiş sel fəlakəti barəsində də açıqlama verib. Qeyd edib ki, fəlakət zamanı həlak olanların arasında azərbaycanlı yoxdur.

"Azərbaycanın Yaponiyadakı səfirliyi ilə əlaqə saxlamışıq. Səfirlikdən aldığımız məlumata görə, hadisə nəticəsində həlak olanlar içərisində azərbaycanlılar yoxdur. Bir daha Yaponiya hökumətinə həlak olanlarla bağlı başsağlığı veririk" — H.Hacıyev bildirib.

Xəbər lenti
0