Ana övladını dəhşətli yırtıcının ağzından qurtardı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidTimsah
Timsah - Sputnik Azərbaycan
Abunə olmaq
Rasmi: “Mən yalnız oğlumu xilas etməyi düşünürdüm”

BAKI, 12 iyul — Sputnik. İndoneziyanın əyalətlərindən birində qadın timsahın hücumuna məruz qalan uşağını xilas edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, timsah su götürmək üçün çaya gedən 11 yaşlı uşağın ayağından tutaraq, onu çayın içinə sürüyüb. Bu zaman onun anası kənddə olub və oğlunun qışqırığını eşidərək çaya tərəf qaçıb.

37 yaşlı Rasmi heç nə düşünmədən oğlunu xilas etmək üçün çaya tullanıb. O, baş verənləri belə dilə gətirib: “Həmin an heç nə düşünə bilmirdim. Hətta ətrafda olan başqa timsahlar belə mənə hücum edə bilərdi. Mən yalnız oğlumu xilas etməyi düşünürdüm”.

Qadın övladını xilas edə bilib. Timsah uşağı buraxaraq, çayın dərinliklərində gizlənib. 11 yaşlı uşaq xəstəxanaya yerləşdirilib. Onun bir neçə ağır zədəsi var. Amma xoşbəxtlikdən, həyatına təhlükə yoxdur.

Xəbər lenti
0