Putin Qərb ölkələrinə qarşı sanksiyaları uzatdı

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidПрямая линия с президентом России Владимиром Путиным
Прямая линия с президентом России Владимиром Путиным - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər vurğulayıblar ki, bu addım qiymət və inflyasiya təsir etməyəcək

BAKI, 12 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin ölkəsinin əleyhinə sanksiyalar qəbul edən ölkələrə qarşı tətbiq olunan ərzaq embarqosunun vaxtını uzadıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən, məhdudiyyətlər 2019-cu ilin sonuna kimi qüvvədə qalacaq. Putin Hökuməti qərarın həyata keçirilməsi üçün lazımı tədbirləri görməyə çağırıb. Sənəd imzalandığı gündən qüvvəyə minib.

Ekspertlər vurğulayıblar ki, bu addım qiymət və inflyasiya təsir etməyəcək.

Qeyd edək ki, 2014-cü ilin avqustunda Putin Rusiya əleyhinə sanksiyalar qəbul edən ölkələrdən (ABŞ, Avropa İttifaqı ölkələri, Kanada, Avstraliya və Norveç) bır sıra kənd təsərrüfatı, ərzaq və xammalın idxalını qadağan edib.

Xəbər lenti
0